Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”u təsdiq edib.
Protokol 8 oktyabr 2021-ci il tarixində İzmir şəhərində imzalanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan və Türkiyə Respublikası tərəflərinə bildiriş göndərmək tapşırılıb.
Sənədin mətni bazar ertəsi dövlət baçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov