Bakı və Ankara qaz və filiz-mədən sahələrində əməkdaşlığa dair sənədlər imzalamağı planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi Türkiyə mətbuatına istinadən məlumat verir ki, sənədlərin imzalanması 21-22 dekabr tarixlərində Bakıda keiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumuçərçivəsində planlaşdırılır.
“Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu Türkiyə ilə Azərbaycan arasında enerji əməksdaşlığının gələcək inkişafına yönəlib. Həmçinin, forum yeni sərmayələr üçün qapı açacaq. Bu mənada razılaşdırılmış altsektorlarda işçi qrupları formalaşdırılıb”, - KİV-lər vurğulayır.
Nəşrlərin məlumatına görə, karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin bölüşdürülməsi və ötürülməsi, tənzimləmə sahələri üzrə işçi qrupların iclaslarında əməkdaşlıq üzrə konkret addımlar atılacaq.
“Çərşənbə axşamı işçi qrupları mümkün əməkdaşlığa dair hesabatlarını təqdim edəcəklər. Çərşənbə günü, dekabrın 22-də Azərbaycanın energetika nazir Pərviz Şahbazov və Türkiyəninenergetikavə təbiisərvətlər naziri Fatih Dönməzin həmsədrliyi ilə keçiriləcək iclasın yekunlarına dair əməkdaşlıq haqqında protokol imzalanacaq. O cümlədən, forum çərçivəsində faydalı qazıntıların hasilatı və təbii qaz sahələrində əməkdaşlığın inkişafı məqsədilə müxtəlif sənədlərin imzalanması nəzərədə tutulur”, - KİV-lər məlumat verir. **
N.Abbasova