Dekabrın 18-də Ermənistan tərəfinə keçən iki hərbi qulluqçunu Ermənistan Azərbaycana təhvil verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilir.
Nazirlikdən qeyd olunub ki, humanizm prinsiplərinə uyğun olaraq, dekabrın 20-də Rusiyanın vasitəçiliyi ilə həmin hərbi qulluqçular Azərbaycan tərəfinə təhvil veriliblər.
Azərbaycan Respublikası 19 dekabr tarixində 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. “Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar”, - Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir. **