Azərbaycan Müdafiə Nazirliyi dekabrın 18-də azaraq Ermənistan tərəfinə keçən iki hərbi qulluqçunun Azərbaycan tərəfinə geri qaytarılmasını təsdiq edib.
“Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Teymur Hüseynov və əsgər Murad Mustafayev əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib”, - nazirliyin məlumatında deyilir.
Qeyd olunur ki, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, hər iki hərbi qulluqçu hazırda Şuşa şəhərindədirlər. **
R.Əhmədov