2021-ci ilin yanvar-noyabr aylarında dünyada 4,7 milyard barrel neft ekvivalentində ehtimal olunan ümumi həcm ilə neft-qaz yataqları aşkar edilib, bu 75 il ərzində minimum göstəricidir. Bu barədə Rystad Energy konsaltinq şirkətinin məlumatlarına istinadən MarketWatch yazır.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, 2020-ci ildə göstərici təqribən 3 dəfə - 12,5 milyard barrel neft ekvivalentində olub.
“İlin sonunadək bir neçə perspektivli quyunun qazılmasının planlaşdırılmasına baxmayaraq, hətta mühüm aşkarlanma 2021-ci il ərzində göstəricinin artırılması üçün kifayət olmaya bilər, çünki cari təqvim ilində qazma işlərini başa çatdırmaya bilərlər”, - Rystad Energy şirkətinin hasilat və kəşfiyyat üzrə vitse-prezidenti Palzor Şenqa qeyd edib. **