Azərbaycanda növbəti 3 il ərzində illik neft hasilatı 34 milyon tonu ötəcək. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verir.
“Proqnozlara əsasən, Azərbaycanda neft hasilatı 2022-2024-cü illərdə illik 34 milyon tonu ötəcək”, - Şahbazov çərşənbə axşamı "Azərbaycan inkişaf modeli: dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda çıxış edərkən bildirib.
O əlavə edib ki, 2024-cü ildə Azərbaycada qaz hasilatı 50 milyard kubmetrə çatacaq.
Azərbaycan qazının ixracına toxunan nazir qeyd edib ki, gələcəkdə Avropada istehlakın artımı ilə Azərbaycan qazı “Balkan ölkələri və Şərqi Avropa ölkələrinə çata bilər”.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft (qaz-kondensatla birlikdə, 2019-cu ilin göstəricisinə nisbətən azalma 7,8%), 36 milyard 713,3 milyon kubmetr qaz (artım 3,1%) hasil edilib.
Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. İlin əvvəlindən 7,2 milyard kubmetr təbii qaz ixrac edilib. 2022-ci ildə ixracın həcmi 9 milyard kubmetrə, 2023-cü ildə - 11 milyard kubmetrə çatacaq. **
B.Rüstəmbəyov