2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $835 milyon 376,72 min dəyərində (artım 45%) 81,726 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 70,8% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $704 milyon 752,71 min dəyərində (artım 45,4%) 76,348 min ədəd avtomobil (artım 72,4%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $3 milyon 131,95 min dəyərində 153 ədəd elektrokar və $69 milyon 726,89 min dəyərində 11,464 min ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $81 milyon 231,94 min dəyərində 5,024 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 56,8%), o cümlədən $16 milyon 787,67 min dəyərində 141 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 2,9%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $32 milyon 604,4 min dəyərində 213 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 4,5%) gətirilib.
2020-ci ildə Azərbaycana $647 milyon 596,79 min dəyərində 53,729 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov