2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 25 milyon 537 min 504,3 ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $12 milyard 285 milyon 430,87 min dəyərində (artım 37,5%) neft ixrac edilib.
Yanvar-noyabr aylarında ixracın ümumi strukturunda neftin payı 66,05% (2020-ci ilin yanvar-noyabr aylarında 66,59%) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $64,1 təşkil edib.
DGK-nın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 11 ay ərzində neft ixracının 47,4%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Xorvatiya da daxil olub.
Bütövlükdə, hesabat dövründə Azərbaycan neftinin əsas həcmi Avropa ölkələrinə ixrac edilsə də, Çin, Hindistan, Tunis, Kanada və Tailand, Vyetnam, Türkiyə daimi alıcılar olaraq qalır.
Yanvar-noyabr aylarında ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir(min, $) |
İtaliya |
12 093336,61 |
5 772671,89 |
İsrail |
1 530311,38 |
780097,43 |
Xorvatiya |
1 530609,18 |
751238,16 |
Portuqaliya |
1 160910,38 |
587003,87 |
Hindistan |
1 261379,88 |
584154,78 |
İspaniya |
1 270845,01 |
552660,70 |
Almaniya |
888321,14 |
463801,45 |
Tunis |
845744,77 |
411688,48 |
Ukrayna |
848991,01 |
373411,61 |
B.Britaniya |
624005,43 |
312493,08 |
Türkiyə |
599350,32 |
278361,76 |
Belarus |
541428,88 |
270984,46 |
Kanada |
416119,36 |
214757,33 |
Çexiya |
389388,06 |
211711,31 |
Tailand |
277100,94 |
134110,72 |
Çin |
277516,67 |
102592,36 |
İndoneziya |
173504,81 |
87124,86 |
Rumıniya |
173781,81 |
80876,89 |
Vyetnam |
139699,64 |
72728,56 |
İsveçrə |
90283,35 |
48391,61 |
Греция |
89320,00 |
48262,58 |
Fransa |
91755,21 |
45737,11 |
İrlandiya |
87840,90 |
41737,54 |
Avstriya |
80008,75 |
37460,90 |
Avstraliya |
54975,82 |
20884,24 |
Rusiya |
974,99 |
487,19 |
**
N.Abbasova