2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 656 milyon 186,84 min təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 9,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2021-ci ilin 11 ayı ərzində Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,79%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb. RF Azərbaycanın üçüncü iri ticarət tərəfdaşıdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya $802 milyon 266,22 min dəyərində (artım 24,4%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 4,05%-i Rusiyanın payına düşüb. Rusiya Azərbaycandan idxalın həcminə görə 3-cü yerdədir.
Yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 853 milyon 920,62 min (artım 4,6%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 17,81% Rusiyadan idxalın payına düşüb. Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci yerdədir.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 51 milyon 654,4 min təşkil edib.
2020-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 671 milyon 545,75 min təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 11,6% azdır. Azalma COVID-19 pandemiyası ilə əlaqədar olub.**
B.Rüstəmbəyov