Bakı və Bişkek strateji tərəfdaşlıq haqqında saziş və Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfərinə hazırlıq işləri üzərində işləyir. Bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bəyan edib.
“Gələn ilin aprel-may aylarında Qırğızıstan prezidentinin Azərbaycana səfəri gözlənilir. Səfər zamanı strateji tərəfdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır”, - Osmonaliyev çərşənbə axşamı Bakıda mətbuat konfransıda bildirib.
Onun rəyinə görə, 2022-ci il Bakı ilə Bişkek arasında münasibətlərdə irəliləyiş ili olacaq.
“Bu dövr ərzində (Bakı ilə Bişkek arasında diplomatik münasibətlərin qurulması andan - İF) ikitərəfli münasibətlərin inkişafı üzrə çox sayda sazişlər olub, lakin, ehtimal etdiyimiz kimi, 2022-ci il Qırğızıstanla Azərbaycan rasaında münasibətlər üçün irəliləyiş ili olacaq”, - diplomat vurğulayıb. **
E.Şəfiyev