Rusiya hərbi qulluqçuları iştirakları ilə Suriya və Qarabağda sabitliyi dəstəkləyirlər və humanitar vəziyyətin normallaşmasına yardım edirlər. Bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O qeyd edib ki, Rusiya sülhməramlıları bir ildən artıqdır ki, Qarabağda sabitliyi dəstəkləməyə yardım edirlər. “Əsasən onların səyləri ilə humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonların əraziləri minalardan təmizlənib, sosial infrastruktur obyektlər bərpa olunub, tarix və mədəniyyət abidələri qorunub”, - Putin vurğulayıb.
Dövlət başçısı “sülhməramlılıq vəzifələrini icra edən şəxsi heyətə peşəkarlıq, dözüm və mərdliyə görə” təşəkkür edib. **