30 noyabr 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 35 milyard 604,5 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-noyabr aylarında bankların aktivləri 11,1% artıb.
Noyabrın sonuna bankların kredit portfeli 16 milyard 282 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 15% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 4 milyard 972,1 milyon manat (artım 5,8% - İF) təşkil edir.
Bankların öhdəlikləri 30 milyard 632,4 milyon manata (artım 12%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 324,2 milyon manat məbləğində (azalma 13,4%) qiymətləndirilir. Banklarda depozit portfeli 24 milyard 743,6 milyon manat (artım 19,4%), o cümlədən əhalinin əmanətləri 8 milyard 880,9 milyon manat (artım 10,4%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 11 ay ərzində bankların ümumi xalis mənfəəti 614,1 milyon manat təşkil edib (2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 12% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 917,2 milyon manat (artım 9%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 549,3 milyon manat (artım 11,2%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 776,1 milyon manat məbləğində (artım 31,4%) olub.
Bu dövrdə bankların faiz xərcləri 490,9 milyon manat (artım 8,8%), o cümlədən depozitlər üzrə 329,2 milyon manat (artım 15,2%), qeyri-faiz xərcləri 1 milyard 286,7 milyon manat (artım 17,7%) təşkil edib.
11 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 883,9 milyon manat (artım 19,1%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 735,7 milyon manat məbləğində (artım 6%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 121,6 milyon manat (azalma 16,8%) təşkil edib.
30 noyabr 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Noyabrın sonuna bankların 474 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,2%) və 97 şöbəsi (azalma 11%) var.
Bank sektorunda 20,035 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,1% - İF) çalışır.**
X.Nəsirzadə