2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan banklarının biznes, ipoteka və istehlak kreditləri üzrə portfeli artıb.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci il noyabrın 30-na bankların kredit portfeli 16 milyard 282 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 15% - İF) həcmində qiymətləndirilir.
11 ay ərzində bankların biznes kreditləri üzrə portefli 12,4% - 9 milyard 526,2 milyon manatadək və ya bankların bütün kredit portfelinin 58,5%-i səviyyəsində artıb.
Hesabat dövründə bankların istehlak kreditləri üzrə portfeli 20,2% - 4 milyard 400,4 milyon manatadək artıb, xüsusi çəki 27% təşkil edib.
11 ay ərzində bankların ipoteka kreditləri üzrə portfeli 16,7% - 2 milyard 355,4 milyon manatadək (bankların bütün kredit portfelinin 14,5%-i) artıb.
2021-ci il noyabrın 30-na Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.**
X.Nəsirzadə