2022-ci il yanvarın 1-dən Azərbaycanda əmək pensiyasının minimum məbləği 20% - 240 manatadək artacaq.
Bu barədə çərşənbə axşamı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı bəyan edilib.
Tədbirin sonunda “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub. **
X.Nəsirzadə