Azərbaycanda koronavirus infeksiyasına 662 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 611 min 557-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 577 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər (ötən gün 9 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 222 nəfərə çatıb.
Virusa yoluxmuş 588 min 79 nəfər (sutka ərzində + 1 452) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 545 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 157 (ötən gün 6 min 777 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 767 min 538 test aparılıb.**
B.Rüstəmbəyov