1 dekabr 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,882 min min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 6,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrın 1-nə Bakıda 1,527 min ədəd (artım 6,9%), bölgələrdə 1,355 min ədəd (artım 5,4%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 60,797 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 6,4% çoxdur.
Bununla yanaşı, Bakıda 40,45 min ədəd (artım 7,5%), regionlarda 20,347 min ədəd (artım 4,4%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 58,603 min ədəd pos-terminal və ya bütün pos-terminalların 96,4%-i quraşdırılıb.**
X.Nəsirzadə