Bakıda iri restoranların birində yanğın baş verib, 3 nəfər tüstüdən zəhərlənib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan beşmərtəbəli restoran binasının (“Qoç ət” - İF) fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində bir ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - nazirliyin məlumatında deyilir. **
R.Əhmədov