Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk İrəvanda ikitərəfli əməkdaşlıq və iqtisadi əlaqələri müzakirə ediblər. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və Ermənistan, Rusiya və Azərbaycanın baş nazirlərlərinin müavinlərinin rəhbərliyi ilə üçtərəfli işçi qrupun fəaliyyətinə dair fikir mübadiləsi aparıbar. **