Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb.
Bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.
Dekabrın 21-nə olan vəziyyətə görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 611 min 557-yə çatıb. Ölənlərin ümumi sayı 8 min 222 nəfər təşkil edir. Virusa yoluxmuş 588 min 79 nəfər müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 545 nəfərdir.
Hazırda yaşı 18-dən yuxarı olan əhalinin 60%-dən çoxu COVİD-19-a qarşı tam vaksinasiya olunub. **
B.Rüstəmbəyov