İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib ki, 22 dekabr tarixində Bakıya birgünlük səfər çərçivəsində Azərbaycan hökuməti ilə ikitərəfli əməkdaşlığın genişləndiirılməsi üzrə təklifləri müzakirə edəcək.
“Azərbaycanla İran arasında münasibətlərin artması və inkişafına görə çox şadıq”, - nazir çərşənbə günü Bakıda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı planlaşdırdığı “ikitərəfli əməkdaşlığın inkişafı üzrə müxtəlif ideyaları var”.
“Son üç ay ərzində azərbaycanlı həmkarım Ceyhun Bayramovla çoxsaylı təmaslarım olub və əməkdaşlığın inkişafı məqsədilə yaxşı çərçivələrə dair razılığa gəlmişəm. Bu səfər zamanı Azərbayan prezidenti ilə görüşdə həmin çərçivələri işləyib başa çatdıracağıq. Bu, iki ölkə arasında iqtisadi, ticari və mədniyyət əlaqələrinin inkişafına imkan yaradacaq”, - İran XİN başçısı vurğulayıb. **
E.Şəfiyev