Bakı Ankara ilə dünya bazarlarına maye qaz tədarükü sahəsində əməkdaşlığı perspektivli hesab edir. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Azərbaycan və Türkiyə gələcəkdə enerji əməkdaşlığı üçün böyük perspektivlərə malikdir. Burada neft və qaz sahəsində əlavə dəyərin bütün zənciri üzrə, üçüncü ölkələrdə neft və qaz hasilatı layihələrində birgə iştirak, Türkiyə limanlarında Azərbaycanın təbii qazının maye qaza çevrilməsi və sonradan dünya barazlarında satışı üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur”, - Şahbazov çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışında bildirib.
Həmçinin, nazir yeraltı qaz anbarlarının istifadəsi və onların hıcminin artırılması, hidrogen istehsalı, onun nəqki və saxlanmasını əməkdaşlıq üçün perspektivli istiqamətlər arasında qeyd edib.
“O cümlədən, hazırda Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı və 550 MVt gücündə qaz-turbin elektrik stansiyasnın tikinti layihəsi üzrə Türkiyə şirkətlərinin təklifləıri öyrənilir”, - Şahbazov əlavə edib. **
N.Abbasova