Azərbaycan Respublikasının baş naziri Əli Əsədov çərşənbə günü Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.
“Əsədov və Dönməz Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə ediblər. 2021-ci ilin fevralında Ankarada keçirilmiş İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyini qeyd ediblər”, - Nazirlər Kabinetinin mətbuat xidmətindənməlumat verilir.
Həmsöhbətlər Bakı ilə Ankara arasında birgə həyata keçirilən transmilli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusi vurğulayıblar.
“Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində aparılacaq müzakirələrin və imzalanacaq sənədlərin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub”, - məlumatda deyilir. **
E.Şəfiyev