Azərbaycan Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.
Sənədi Bakıda keçirilən danışıqların yekunlarına dair Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze imzalayıblar.
“Həmçinin, Həsənov və Burçuladze hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar”, - MN-nin məlumatında deyilir. **
E.Şəfiyev