Ermənistan və RF XİN başçıları Ararat Mirzoyan və Sergey Lavrov çərşənbə günü telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası mexanizmlərini müzakirə ediblər. Bu barədə Ermənistan XİN-dən məlumat verilir.
“Telefon danışığı zamanı noyabrın 26-da Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin görüşündə əldə olunan razılıqların icrasına dair məsələlərin geniş spektri müzakirə olunub”, - məlumatda deyilir.
Tərəflər Ermənistan-Azərbaycan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması, həmçinin Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası məsələləri üzrə mexanizmlərin formalaşdırılmasının vacibliyi barədə bəyan ediblər. **