Nazirlər Kabineti çərşənbə günü Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı genişləndirilmarədə qərar qəbul edib.
Sənəd Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.
Qərarda günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkilərinin, həmçinin xırdabuynuzlu və ətlik istiqmətli iribuynuzlu heyvanların aqrar sığortanın predmetinin tərkibinə əlavə edilməsi nəzərdə tutulmuşdur.
“Beləliklə, müvafiq dəyişikliklə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığortalanan bitkilərin sayı14növdən41növədək artırılır”, - sənəddə qeyd olunur.
Nazirlər Kabinetinin digər qərarı ilə sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur.
“Müvafiq dəyişikliklə aqrar sığorta predmetləri üzrə təminat verilən risklərin tərkibi artırılmaqla, aqrar sığorta sistemində əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxslərin sayının artmasına imkan yaranacaq”, - Nazirlər Kabinetinin qərarında qeyd olunur. **
A.Salayeva