Bakı və Tehran “3+3” platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran) çərçivəsində əməkdaşlığı perspektivli hesab edir.
“İran “3+3” platformasını dəstəkləyən ilk ölkələrdən biri olub. Hesab edirik ki, yaxın zamanda bu istiqamətdə müsbət dinamika görəcəyik. Bu platforma bütün istiqamətlərdə regional əməkdaşlığın inkişafına müsbət töhfə verəcək”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çərşənbə günü mətbuat konfransında bildirib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian öz növbəsində qeyd edib ki, rəsmi Tehran bu təşəbbüsü dəstəkləyir və “regional əməkdaşlığı möhkəmləndirilməsi üsulu” hesab edir.
“Bu platforma regional məsələlərin həllində bizim üçün yeni imkanlar pəncərəsi açır. Bu cür platforalarda əməkdaşlıq regiona daxil olmayan xarici ölkələr tərəfindən müdaxiləni azaldır və minimuma endirir. O cümlədən, bu platforma regiona daxil olan ölkələrin siyasətini tənzimləmə üsuludur”, - İran XİN başçısı bildirib. **
X.Nəsirzadə