Ermənistan ikitərəfli formatda Türkiyə ilə münasibətlərin tənzimlənməsi məsələsini müzakirə etmək niyyətindədir, lakin “3+3” regional platforma formatının imkanlarından da istifadə edəcək. Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.
“Biz Ermənistan-Türkiyə münasibətlərini ikitərəfli formatda müzakirə edəcəyik. Ancaq əgər məsələni “3+3” formatında müzakirə etmək üçün səbəb yaranarsa, biz bundan da istifadə edəcəyik”, - Qriqoryan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
O, həmçinin bəyan edib ki, Ermənistan tərəfi regional problemlərin müzakirəsi məqsədilə Ankara və Bakıya səfər etməyə və həmin ölkələrin nümayəndə heyətlərini qəbul etməyə hazırdır. **