Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 23-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 23-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9277 manat/1EUR səviyyəsində (dekabrın 22-nə 1,9165 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 23-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0231 manat/1RUB səviyyəsində (dekabrın 22-nə 0,0230 manat/1RUB) müəyyən edib.**
B.Rüstəmbəyov