Rusiya dələduzluqda ittiham olunan şəxsi Azərbaycana ekstradisiya edib.
“Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Sədi Nəcimətdinovun ekstradisiyası haqqında qərar qəbul edilib”, - “İnterfaks-Azərbaycan”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sədi Nəcimətdinovun Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilib, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
“Nəcimətdinov Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin mart ayında barəsində həbs qətimkan tədbiri seçilib. Dekabrın 22-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə S.Nəcimətdinov Rusiyadan Azərbaycana gətirilib”, - Baş Prokurorluqdan qeyd ediblər. **
E.Şəfiyev