Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İrandan idxal edilən duzun istehlak üçün yararsız olduğunu aşkarlayıb.
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Kəmalə Babayeva tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal olunan 134 ton “Co.kasra bolor arya” şirkətinə məxsus duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. “Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”, - AQTA-dan məlumat verilib. **
E.Şəfiyev