Rəsmi Bakı və Sarayevo qarşılıqlışəkildəsəfirliklərin açılmasına dair razlığa gəliblər. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Bu gün görüş zamanı hər iki ölkədə səfirliklərin açılması msələsi müzakirə olunub. Hesab edirik ki, yaxın zamanda səfirliklər fəaliyyətə başlayacaqlar, bu da ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsinə xidmət edəcək”, - Bayramov cümə aşxamı Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçlə keçirilən mətbuat konfransında bildirib.
O cümlədən, Bayramov qeyd edib ki, ikitərəfli əməkdaşlığın genişləndirilməsi çərçivəsində XİN-lərarası məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
“Müntəzəm XİN-lərarası məsləhətləşmələr nəinki iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, həm də regionda baş verən hadisələri daha yaxşı anlmağa imkan yaradacaq”, - Bayramov vurğulaylb. **
X.Nəsirzadə