Azərbaycanda koronavirus infeksiyasına 854 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 613,59 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 648 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər (ötən gün 16 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 257 nəfərə çatıb.
Virusa yoluxmuş 591 724 min nəfər (sutka ərzində +1 min 569) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 78 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 462 (ötən gün 9 min 891 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 788 min 891 test aparılıb.**
X.Nəsirzadə