Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı 2022-ci il üçün yaşayış minimumu 210 manat səviyyəsində (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 7,1%) təsdiq edib.
O cümlədən, gələn il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 220 manat (2021-ci il üçün 207 manat), pensiyaçılar üçün 176 manat (2021-ci il üçün 162 manat), uşaqlar üçün 193 manat (2021-ci il üçün 175 manat) məbləğində müəyyən edilib.
Bundan başqa, prezident ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddini 200 manat (2021-ci il üçün 170 manat) məbləğində təsdiq edib.**
X.Nəsirzadə