Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsini təsdiq edib.
DSMF-nin 2022-ci il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 5 milyard 306 milyon 770,072 min manat məbləğində təsdiq edilib ki, bu da 2021-ci ilin göstəricisindən 3,1% çoxdur.
2022-ci ildə Fondun gəlirlərinin strukturunda fonda məcburi dövlət sosial sığorta üzrə ayırmalar 4 milyard 148 milyon 202,903 min manat (artım 18,4%) və ya bütün gəlirlərin 78,2%-i səviyyəsində proqnozlaşdırılır. Bunun 1 milyard 709 milyon 430,203 min manatı (2021-ci illə müqayisədə artım 4,8%) dövlət büdcəsindən transfertlərin hesabına formalaşacaq. Büdcə təşkilatlarında çalışan işçilərin icbari sığortası üzrə daxilolmalar 205 milyon 131,624 min manat məbləğində proqnozlaşdırılır. Qeyri-büdcə sektoru və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə gəlirlər 2 milyard 438 milyon 772,7 min manat məbləğində gözlənilir.
Qalan daxilolmalar sair gəlirlər üzrə nəzərdə tutulur.
Gələn il xərclərin strukturunda əhaliyə ödənişlər üzrə 5 milyard 133 milyon manat məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır. O cümlədən, əmək pensiyalarının ödənilməsinə 4 milyard 951 milyon manat, müavinətlərin ödənilməsinə 182 milyon manat yönəldiləcək. Pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması xərcləri 48,7 milyon manat, fondun aparatının saxlanılması xərcləri 102,905 min manat məbləğində proqnozlaşdırılır. Qalanı digər xərclərin payına düşür. **
X.Nəsirzadə