Cümə axşamı Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov etimadnaməsini bu ölkənin prezidenti Sadır Japarova təqdim edib.
“İnterfaks-Azərbaycan” agenltiyi Qırğızıstan prezidentinin saytına istinadən məlumat verir ki, səfir ilə görüş zamanı ikitərəfli münasibətlərin dərinləşməsi, siyasi, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın güclənməsi, ticarət dövriyyəsinin mühüm dərəcədə artması və investisya əlaqələrinin inkişafı məsələləri müzakiə olunub.
Japarov vurğulayıb ki, Qırğızıstanın prioritet vəzifələrindən biri xarici investorların maraqlarının müdafiəsidir. Onun məlumatına görə, bu məqsədlə ölkə rəhbərliyi tərəfindən respublikada investisiya mühitinin yaxşılaşdırılması üzərində iş aparılır və Qırğızıstan tərəfi xarici investorlarla birgə layihələr reallaşdırmağa hazırdır.
Azərbaycanın səfiri vurğulayıb ki, ölkələri ümumi tarix və qədim türk kökləri və sovet dövrünün xətti ilə mədəni-mənəvi irs birləşdirir.
Qəndilov əlavə edib ki, iki ölkənin bütün beynəlxalq məsələlərə dair yaxın mövqeləri var və vurğulayıb ki, Azərbaycan Qırğızıstanla investisiya əməkdaşlığını inkişaf etdirməyə hazırıdır. **
X.Nəsirzadə