Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin cümə günü telefon söhbəti zamanı iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“Dekabrın 24-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb”, - Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilir.
İki ölkənin liderləri strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
“Prezidentlər telefon söhbəti zamanı Soçi görüşü (26 noyabr - İF) məmnunluqla xatırlayıblar, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər”, - məlumatda deyilir. **
N.Abbasova