Cümə günü Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir.
Məlumatda qeyd olunur ki, Emoməli Rəhmon İlham Əliyevə telefonla zəng edrərək 60 illik yubileyi münasibətilə təbrik edib.
Telefon söhbəti zamanı iki ölkənin liderləri ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Öz növbəsində Tacikistan prezidentinin saytında məlumat verilir ki, Rəhmon söhbət zamanı “Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlərinin inkişafı üzrə hörtməli İlham Əliyevin konstruktiv səylərini” xüsusi qeyd edib.
“Bu mənada iki dövlətin başçıları ikitərəfli münasibətlərin aktual aspektlərini müzakirə ediblər, son ilər ərzində onların müsbət inkişaf dinamikasını qeyd ediblər. O cümlədən, öncə əldə olunan razılıqların məqsədyönlü praktiki reallaşdırılması yolu ilə iki ölkənin münasibətlərinin bütün kompleksinin gələcəkdə inkişafına qarşılıqlı maraq ifadə olunub”, - Tacikistan prezidentinin saytındakı məlumatda qeyd edilir.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd edir. **
R.Əhmədov