Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev ilə Kasım-Jomart Tokayev arasında 2022-ci ildə görüş baş tutacaq. Bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı məlumat verir.
Dekabrın 24-də Qazaxıstan prezidentinin təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı bu barədə razılıq əldə olunub.
“Tokayev Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib, ona məsuliyyətli dövlət fəaliyyətində gələcəkdə qardaş Azərbaycan xalqının sülh və rifahı naminə uğurlar arzulayıb”, - məlumatda deyilir.
Qazaxıstan prezidenti iki ölkə arasında çoxplanlı əməkdaşlığın möhkəmlənçəsində Əliyevin töhfəsini yüksək qiymətləndirib, starteji tərəfdaşlığın gələcək inkişafının vacibliyini vurğulayıb.
“O cümlədən, Tokayev qeyd edib ki, Əliyevin rəhbərliyi altında Azərbaycan sosial-qitisadi inkişafda və beynəlxalq arenada gözəçarpan uğurlar əldə edib”, - məlumatda vurğulanır.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd edir. **
B.Rüstəmbəyov