Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı ölkənin ərazi bütövülüyü ilə bağlı risklərin qarşısını alacaq.
"Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq», - Əliyev cümə günü Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissənin açılışında çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, əgər Azərbaycan təhdid hiss edərsə, onun qarşısını almaq üçün tədbirlər həyata keçirəcək. “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində (2020-ci ilin payızında Ermənistanla müharibə dövründə - İF) nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”, - Əliyev vurğulayıb. **
E.Şəfiyev