VMedia YouTube kanalında RF Dövlət Dumasının deputatı Konstantin Zatulinin Rusiya-Ermənistan münasibətlərinə dair məsələlərdə Rusiyanın maraqlarına qarşı çıxış etdiyini sübut edən növbəti videoçarx yerləşdirilib.
“Ermənistanda rusların vəziyəti ilə əlaqədar məsələləri gizlədərək, dil haqqında qanunu və rəsmi İrəvan tərəfindən nasizmin qəhrəmanlaşdırılmasını qətiyyən şərh etməməklə, Zatulin faktiki olaraq, 2018-ci ildə Ermənistanda “məxməri inqilabın" baş verməsinə və Moskvadan aralanmağa və Qərb ilə yaxınlaşmağa istiqamətlənən Nikol Paşinyanın hakimiyyətə gəlməyinə töhfə verib”, - deyə filmin müəllifləri qeyd edirlər.
Həmçinin, vurğulanır ki, Ermənistanda rusların vəziyyəti barədə danışmayan Zatulin, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası barədə söz düşən kimi, fikrini bildirmək qərarına gəlib.
Kanalın müəllifləri “İnterfaks-Azərbaycan” agentliyinə məlumat veriblər ki, videoçarxda həmçinin sual səslənir: “Cənab Zatulinin aşağıdakı suala cavabını eşitmək maraqlı olardı: həqiqətən, RF Dövlət Dumasında Ermənistanı deyil, Rusiyanın Soçi şəhərini təmsil etdiyini təsadüfən unutmayıb ki?.. Rusiya vergi ödəyicilərinə elə gəlmirmi ki, onların pulları bir qədər düzgün istiqamətdə yönəldilmir? Və əgər Zatulin kimin maraqlarını müdafiə etdiyini unudubsa, o zaman, bəlkə onu əcnəbi casus kimi tanımağın zamanı çatıb?”.
Yeni videoları ilk olaraq görmək üçün VMedia YouTube kanalına abunə olun.**