Rəsmi Bakı ordu quruculuğu prosesini və ən müasir silahlar almağı davam edir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurlarımız haradadır. Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi”, - Əliyev cümə günü Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni hərbi hissənin açılışında çıxışında bildirib.
Eyni zamanda, prezident bildirib ki, ordunun müasir silahlarla silahlanması davam etdirilir.
“Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır.Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir», - Əliyev qeyd edib.
Eyni zamanda, o bildirib ki, bununla yanaşı hazırda yeni silahlı birləşmələr yaradılır. **
X.Nəsirzadə