Azərbaycanda koronavirus infeksiyasına 559 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 613 min 618-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 854 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər (ötən gün 19 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 269 nəfərə çatıb.
Virusa yoluxmuş 592 min 828 nəfər (sutka ərzində +1 min 104) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 521 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 602 (ötən gün 11 min 462 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 798 min 493 test aparılıb.**