Ermənistan Azərbaycanla danışıqları başlamaqda və sülh sazişini imzalamaqda maraqlıdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Biz danışıqların başlanması və sülh sazişi (Azərbaycanla - İF) imzalamaqda maraqlıyıq. Biz imtina etmirik və bu mövzu ilə bağlı danışmağa imtina etməyəcəyik. Əgər biz dinc inkişaf erasının başlanması barədə söz açırıqsa, sülh sazişi barədə eşitmək istəmirik demək məntiqsiz olardı”, - Paşinyan cümə günü videorejimdə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin əm mühüm məqsədi – sülh haqqında hərtərəfli sazişdir.
“Biz müzakirələrdən imtina etmirik. Bütün bu danışıqlar nə barədədir? Həmçinin, sülh sazişinin mümkün müddəaları barədə”, - Paşinyan qeyd edib. **