Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana Avrasiya İqtisadi Birliyində müşahidəçi ölkə statusunun verilməsini nəzərdən keçirilməsini mümkün hesab edir.
“Əlbəttə, bu məsələni nəzərdən keçirəcəyik. İndi konkret mövqeyi bildirə bilmərəm. Məsələ rəsmi olaraq masada deyil, lakin olarsa, hər şey prosesdən asılı olacaq. Bizim mövqeyimiz prosedən asılı olacaq”, - Paşinyan cümə günü videkonfras formatında mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əgər Ermənistan tərəfi görərsə ki, “bu addım bizim gündəliyimizə imkan yaradacaq – Ermənistan və region üçün dinc inkişf rasının açılmasına, Dağlıq Qarabağ məsələsinin həlli perspektivlərinə, güzəştlərə, o zaman yeni münaqişə ocağı yaratmaq məntiqsiz olar”. **