Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edərək 60 illik yubileyi münasibətilə təbrik edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verir.
Öz növbəsində, Ukrayna prezidentinin mətbuat xidməti məlumat verir ki, telefon söhbəti zamanı Azərbaycan və Ukrayna Prezidentləri Şurasının altıncı iclasının təşkili məsələləri müzakirə olunub.
“Həmçinin, Əliyev və Zelenski Ukrayna-Azərbaycan strateji tərəfdaşlığın inkişafı kontekstində gündəliyin aktual məsələlərini müzakirə ediblər”, - məlumatda qeyd olunur. **