Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı çətinliklər barədə bəyan edib, çünki 2016-cı ildə bu məsələnin parametrləri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan BMT-nin Təhlükəsizlik Şurasına ötürülüb.
“Danışıqlar prosesinin bütün tarixi boyu Ermənisatanın heç bir nümayəndəsi, danışıqlar aparan şəxs tərəfindən Dağlıq Qarabağda yaşayan azərbaycanlıların hüququ məsələsi mübahisə mövzusu olmayıb. Dağlıq Qarabağ muxtar vilayəti heç zaman yalnız Ermənistan vahidi olaraq nəzərdən keçirilməyib, Ermənistan və Azərbaycan vahidi olaraq nəzərdən keçirilib. Danışıqlar prosesində bu qeyd olunub, qeyd edilib k, orada həm də azərbaycanlılar yaşayıblar və həmçinin, onların hüquqlarının müdafiəsi danışıqlar mövzusu olub”, - Paşinyan cümə günü videokonfrans formatında mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2016-cı ildə danışıqlar prosesində “faciə baş verdi”.
Paşinyan qeyd edib ki, 2016-cı ildə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən üçpaket təklif olunub, həmin paketlərdə 2011-ci ildən etibarən ilk dəfə olaraq Qarabağın aralıq statusu barədə söz olmayıb. “Ermənistan tərəfi təbliğ edirdi ki, hər şey normaldır, Qarabağın özünün qanunvericilik orqanı, məhkəmə hakimiyyəti var və s., lakin heç kim deməyib ki, Qarabağın müvəqqəti statusunun dəqiqləşdirilməsi məsələsi danışıqların məzmununa uyğun olaraq, BMT Təhlükəsizlik Şurasına ötürülüb”, - baş nazir deyib.
“Ermənistan tərəfinin mövqeyi hər zaman ondan ibarət olub ki, məsələnin son həlli ATƏT-in Minsk qrupu çərçivəsində baş tutmalıdır. Ancaq 2016-cı ildə bu məsələnin parametrləri BMT TŞ-yə ötürülüb. Burada isə bir məsələ həll olunur – Qarabağ hansı ölkənin tərkib hissədir, heç olmasa aralıq statusda. BMT TŞ tərəfindən bu məsələ həll olunduğu zaman isə cavab aydın olur, çünki 1993-cü ildə BMT TŞ qətnamə qəbul edib. Həmin qətnamədə Azərbaycanın Dağlıq Qarabağ regionu barədə söz açılır, burada Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı tanınır. Bu faciə 2016-cı ildə baş verib. Bu vacibdir, çünki əgər Qarabağın bu şəkildə statusu qeyd olunursa, o zaman statusun son dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyasına uyğun müəyyən edilməlidir”, - Paşinyan bəyan edib.
O qeyd edib ki, “bu problemi aradan qaldırmaq” lazımdır.
“İndiyədək ATƏT-in Minsk qrupu çərçivəsində bir sıra görüşlər baş tutub və proses davam etdirilməlidir, biz başa düşməliyik, gündəliyi formalaşdırmalıyıq və vasitəçilər bzim üçün məqbul olan gündəlik təklif ediblər”,- Ermənistanın baş naziri deyib. **