İtaliya prezidenti Sercio Mattarella Azərbaycan prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
“Hörmətli cənab Prezident. Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək. Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram”, - İtaliya prezidentinin məktubunda deyilir.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyev 60 illik yubileyini qeyd edib. **
A.Salayeva