Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti Afrika və Latın Amerikasının bir sıra ölkələri istisna olmaqla təhlükəsiz səyahət istiqamətləri siyahısını yeniləyib. Bu barədə RUSSIAN EMIRATES məlumat verir.
“Təhlükəsiz ölkələr siyahısına Azərbaycanla yanaşı, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan kimi ölkələr daxildir”, - məlumatda qeyd olunur.
Adları “yaşıl” siyahıya salınan ölkələrdən BƏƏ-yə gələn səyahətçilərin karantindən keçməsinə ehtiyac yoxdur. Yeni qaydalar 26 dekabr 2021-ci ildən etibarən qüvvəyə minir.
Buna baxmayaraq, “yaşıl” adlanan siyahıdakı 95 ölkənin sayı 73-ə endirilib. Bildirilir ki, yenilənmələr bir sıra ölkələrdə epidemioloji vəziyyətin pisləşməsinə cavab olub.
Səyahətçilər Əbu-Dabiyə daxil olmaq üçün yola düşməzdən 48 saat əvvəl PCR testindən keçməli, beynəlxalq uyğunluq asossiasiyası saytında qeydiyyatdan keçməlidirlər.
Peyvənd olunmamış sərnişinlərdən Abu-Dabiyə səfərlərinin 9-cu günü başqa koronavirus testindən keçmələri tələb olunur, ictimai yerlərə giriş isə onlar üçün bağlı olacaq. **