Çinin Hunan əyalətinin Canciaciye şəhərində Azərbaycan Ticarət Evi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“300 kv/m sahədə yerləşən Azərbaycan Ticarət Evində ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-ə yaxın məhsul nümayış olunacaq”, - deyə məlumatda bildirilir.
Ticarət Evinin operatorları Çinin “Zhangjiajie Langrui” və “Sino-Foreign” şirkətləri Azərbaycandan birbaşa məhsul idxal edərək Ticarət Evində satışını həyata keçirəcək.
“Bu, Azərbaycanın Çində sayca 4-cü ticarət evidir”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov