Azərbaycan hökuməti 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması üçün 35 milyon manat vəsait ayıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“Bu vəsait dövlət büdcəsindən ayrılacaq”, - deyə məlumatda bildirilir.
İndiyədək Bakı, Gəncə, Abşeron və Naxçıvan Muxtar Respublikasında 2 mindən çox hərbi qulluqçu qeyd olunan proqram üzrə mənzillə təmin olunub. Bu proqram çərçivəsində mənzil almaq hüququ olan 2,1 mindən çox şəxs isə mənzil növbəsinə dayanıb.
Bundan başqa, gələn il kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 98,5 milyon manat vəsait xərclənəcək.*
R.Əhmədov